Elmar Baxşıyev: "İkinci hissənin əvvəlində oyunun ipini rəqibə verdik"

Elmar Baxşıyev: "İkinci hissənin əvvəlində oyunun ipini rəqibə verdik" "İkinci hissənin əvvəlində oyunun ipini rəqibə verdik".
Futbol
24 Fevral , 2023 21:23
Elmar Baxşıyev: İkinci hissənin əvvəlində oyunun ipini rəqibə verdik

"İkinci hissənin əvvəlində oyunun ipini rəqibə verdik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandası sonradan xarakter göstərərək təzyiqini davam etdirib: "Bəzi epizodlarda soyuqqanlılıq çatmırdı. Bunlar da futbolun içində olan şeylərdir".

Heyətdə bəzi itkilərin olduğunu söyləyən Baxşıyev komanda şəklində boşluqları doldura bildiklərini vurğulayıb: "Maraqlı və dinamik oyun alındı. Hər iki komanda qələbəyə layiq idi. Yolumuza davam edirik. Oyun planında hər şey yaxşıdır. Futbolçularıma təşəkkür edirəm".

Mütəxəssis zədəlilərin durumuna da toxunub: "Omar Haninin mikro zədəsi var idi. Amma həkim rəy verdi ki, oynaya bilər. Urfan Abbasov əməliyyatdan çıxıb. Bu gün onu qoruduq. Süni örtüklü meydançada oynamaq risklidir. Nəinki Yaovi Akakpo, sərəncamımdakı bütün futbolçulara şans verməyi düşünürəm".

Son xəbərlər

Orphus sistemi