Elmar Baxşıyev: "Daha da inkişaf edə bilərik"

Elmar Baxşıyev: "Daha da inkişaf edə bilərik" "Daha da inkişaf edə bilərik. Hədəfə çatmaq üçün çalışmalıyıq".
Futbol
17 Mart , 2023 19:34
Elmar Baxşıyev: Daha da inkişaf edə bilərik

"Daha da inkişaf edə bilərik. Hədəfə çatmaq üçün çalışmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxıya" 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis matçın dinamik alındığını bildirib: "Şamaxı" yaxşı işlər görüb. Cavid Hüseynov və Vüqar Əsgərliyə komandanın belə futbol nümayiş etdirməsinə görə alqış düşür. Futbolçular istədiyimi verməyə çalışırdılar. Daim topa nəzarət etmək və hücumda çoxalmaq istəyirdik ki, bunu da matç ərzində gördük".

O, görüşdəki hər iki qolun müəllifi olan Əyyub Allaşın çıxışına da toxunub: "Universal, üç mövqedə oynaya biləcək futbolçudur. Qol vurması xoşdur. Onu daha yaxşı görmüşük. Hələ komandanın üslubuna uyğunlaşır və qarşıdakı görüşlərdə daha yaxşı Allaş görəcəyimizə inanıram".

Son xəbərlər

Orphus sistemi