Demensiya xəstəliyindən əziyyət çəkən Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Herd Müllerin vəziyyəti ağırlaşıb.
"Report" xəbər verir ki, bu barədə veteran hücumçunun həyat yoldaşı Uşi Müller "Bild" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, əfsanəvi oyunçu demək olar ki, heç nə yemir və yataqdan qalxa bilmir: "Arada gözlərini açanda sevinirik. Danışa bilmir, gözləri ilə "bəli" və ya "yox" deyir. O, hər zaman mübarizliyi il seçilib. İndi də belədir. Gözləri yumulur, nadir hallarda ağzını açır və yalnız püre yeyir".
Qeyd edək ki, 2015-ci ildə demensiya diaqnozu qoyulmuş Herd Müler "Bavariya"nın heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olub. Bu gün 75 yaşı tamam olan veteran futbolçu Almaniya millisi ilə Avropa və dünya çempionluğunu qazanıb.