Əfran İsmayılov: "Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik"

Əfran İsmayılov: "Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik" "Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik".
Futbol
30 Noyabr , 2023 15:15
Əfran İsmayılov: Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik

"Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik".

Bunu "Report"a açıqlamasında "İnter" minifutbol klubunun təsisçisi Əfran İsmayılov deyib.

O, öz işlərinə çox ciddi yanaşdıqlarını bildirib: "Millinin sabiq futbolçuları ilə danışmışdım, onların razılığını alandan sonra bu komandanı yaratmağa qərar verdik. Heyət demək olar ki, bəllidir. Bir-iki oyunçu sonradan qoşula bilər. Çox yaxşı hazırlaşmışıq. Bir-iki aydır ki, məşq edirik. Futzal üzrə yığmamızın üzvü Xətai Bağırov isə baş məşqçimizdir".

İsmayılov çətinliklərinin olduğunu da söyləyib: "Bizim bu növdə birinci ilimizdir. Böyük futboldan tamam fərqlidir. Amma bütün bunları məşqlərlə yavaş-yavaş aradan qaldırmağa çalışırıq. Daha yaxşı olacağıq. Minifutbola marağı artırmaq və azarkeşləri cəlb etmək niyyətindəyik. Komandamıza sponsor olmaq istəyənlər də çoxdur. Amma istəmirəm. Çünki hər adam işimizə qarışmasın deyə bu məsələyə həssas yanaşıram".

Qeyd edək ki, dekabrın 1-də minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq.

Son xəbərlər

Orphus sistemi