Edin Ceko "Şalke 04" ilə müqaviləsinin müddətini uzadıb
Futbol
- 04 avqust, 2026
- 09:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Şalke 04" klubu hücumçu Edin Ceko ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı forvardla yeni 1 illik sözləşmə imzalanıb.
Futbolçu avqustun 4-də komandanın təlim-məşq düşərgəsinə qoşulacaq. Bosniya və Herseqovinadan olan hücumçu 2026-cı ilin yanvarında "Şalke 04"ə azad agent kimi keçib. O, II Bundesliqada 11 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Edin Ceko bu yay Bosniya və Herseqovina millisinin heyətində DÇ-2026-da çıxış edib. Bu, onun 2014-cü ildən sonra qatıldığı ikinci dünya çempionatı olub.
Son xəbərlər
08:35
ABŞ Prezidenti Ağ Evə mətbuat katibi təyinatında tələsməməsinin səbəbini açıqlayıb
Digər ölkələr
08:17
Foto
Bakıda doqquz istiqamətdə tıxac yaranıb
İnfrastruktur
08:06
Antarktida sahillərində güclü zəlzələ olub
Digər ölkələr
07:49
Yaponiya məktəbliləri arasında intihar halları artıb
Digər ölkələr
07:17
Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb
Digər ölkələr
06:43
Donald Tramp: ABŞ İranda rejim dəyişikliyinə can atmır
Digər ölkələr
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr
05:39
"Real" qələbə seriyasını on matça çatdırıb
Futbol
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr