Dünyanın ən yaxşı futbolçusunun adı açıqlanıb
Futbol
- 02 yanvar, 2018
- 11:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 yanvar. REPORT.AZ/ Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.
“Report” xəbər verir ki, 30 yaşlı forvard “Marca” nəşrinin oxucular arasında 100 ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün apardığı səsvermənin sonunda qalib olub.
Messi səslərin 56 faizini topladığı halda, ikinci yeri tutan “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu cəmi 25 faiz səs qazanıb. Üçüncü yeri isə 6 faiz səslə “Kral klub”nun digər futbolçusu İsko Alarkon qərarlaşıb.
Qeyd edək ki, Messi 2017-ci ildə iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 54 qol vurub və 19 məhsuldar ötürmə verib.
Son xəbərlər
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya
18:50
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
Digər ölkələr
18:43
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Hadisə
18:39
Şafkat Mirziyoyev: İlham Əliyevin səyi və Azərbaycan xalqının qəhrəmanlığı Qələbənin mühüm amili oldu
Xarici siyasət
18:39
Foto
Sahibə Qafarova Qazaxıstana səfər edib
Xarici siyasət
18:38
Banqladeşdə aşağı əməkhaqqına etiraz əlaməti olaraq yüzlərlə fabrik bağlanıb
Digər ölkələr
18:37
AQP: Oktyabrda qarajların satışında 17 %-ə yaxın artım müşahidə olunub
İnfrastruktur