Dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş hakim vəfat edib

Dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş hakim vəfat edib Bu, Berti Foqtsa qarşı kobudluqdan sonra baş verib
Futbol
770
18 May , 2018 14:02
Dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş hakim vəfat edib
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə dünya çempionatları tarixində ilk qırmızı vərəqəni göstərmiş türkiyəli keçmiş hakim Doğan Babacan vəfat edib.

"Report"un məlumatına görə, Babacan 88 yaşında dünyasını dəyişib. O, həm də mundiallarda iştirak etmiş ilk türkiyəli hakim kimi tarixə düşüb. 1974-cü ildə Almaniyada keçirilmiş dünya çempionatına qatılan Babacan çilili futbolçu Karlos Kasseliyə qırmızı vərəqə göstərib. Kasseli Almaniya ilə qarşılaşmanın 67-ci dəqiqəsində Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsa qarşı kobudluq etdiyi üçün meydandan qovulub. 

Qeyd edək ki, dünya çempionatlarında qırmızı vərəqənin tətbiqi 1970-ci ildən başlasa da, hakimlər bundan istifadə etməyiblər. 

Son xəbərlər

Orphus sistemi