UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanaraq finala çıxıb

UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanaraq finala çıxıb Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Futbol
9 May , 2024 01:02
UEFA Çempionlar Liqası: Real Bavariya üzərində əzmkar qələbə qazanaraq finala çıxıb

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Report" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) doğma meydanda Almaniyanın "Bavariya" klubunu qəbul edib.

Görüş "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 68-ci dəqiqədə Alfonso Devis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişiblər. 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.

Münhendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya" (Dortmund) kollektivinə rəqib olub

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi