Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Futbol
- 27 iyun, 2025
- 12:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.
“Report”un “The Sun”a istinadən məlumatına görə, buna onun 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə səbəb olub.
D.Bekhem 2003-cü ildə CAR yığması ilə yoldaşlıq görüşü zamanı biləyindən zədələnib. Həmin vaxt onun biləyinə bir vint qoyulub və bunun bir müddət sonra əriməsi nəzərdə tutulub.
Amma bu baş verməyib. 50 yaşlı sabiq yarımmüdafiəçi biləyindəki ağrılarla yaşayıb.
Qeyd edək ki, Devid Bekhem “Mançester Yunayted”, “Real”, “Milan”, PSJ və “LA Galaxy” klublarında çıxış edib. İngiltərə millisinin heyətində 115 matça çıxan sabiq futbolçu hazırda MLS təmsilçisi “İnter Mayami"nin prezidentidir.
Son xəbərlər
17:23
Nazir: "Büdcə təsnifatında yeni dəyişikliklər 2028-ci ildən tətbiq olunacaq"
Maliyyə
17:20
Sahil Babayev: "Gələn il qeyri-neft-qaz sektorunda vergi yükü 13,5 % olacaq"
Maliyyə
17:13
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
İKT
17:08
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
17:06
Rafael Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Futbol
17:04
"UN Tourism"in rəsmisi: "Azərbaycanda sağlamlıq turizminin böyük potensialı var"
Turizm
17:04
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 61 mini ötüb
Maliyyə
17:01
Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır
ASK
16:54
Konqresi uduzan "Tramp"çılar - prezident seçkisində çətinləşəcək qələbə
Analitika