DÇ-2026: İsveç millisi Tunisi 5:1 hesabı ilə məğlub edib - YENİLƏNİB-8
- 15 iyun, 2026
- 07:57
Futbol üzrə dünya çempionatında İsveç millisi Tunisi məğlub edib.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə sevinib.
İsveçin qollarını Yasin Ayyari (7, 90+6), Aleksandr İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq (86) vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb.
Qeyd edək ki, bu qrupun Niderland - Yaponiya oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda beşinci qol vurulub.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:1.
86-cı dəqiqədə Mattias Svanberq rəqib qapısına yol tapıb.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda dördüncü qol vurulub.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 3:1.
59-cu dəqiqədə Viktor Dyökereş rəqib qapısına yol tapıb.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalıların üstünlüyü davam edir - 2:1.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda ilk hissə yekunlaşıb.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar fasiləyə üstün yollanıblar - 2:1.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda üçüncü qol vurulub.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında afrikalılar hesab arasındakı fərqi azaldıblar - 1:2.
43-cü dəqiqədə Omar Rekik qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda növbəti qol vurulub.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar - 2:0.
30-cu dəqiqədə Aleksandr İsak fərqlənib.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyununda hesab açılıb.
"Report" xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.
7-ci dəqiqədə Yasin Ayyari fərqlənməyi bacarıb.
Futbol üzrə dünya çempionatının İsveç - Tunis oyunu start götürüb.
"Report" xəbər verir ki, F qrupunun matçı Monterrey stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.