Futbol üzrə Portuqaliya milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
"Report" Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuşun açıqladığı siyahıda İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu ilə "Portu"nun 39 yaşlı müdafiəçisi Pepenin də adları var.
Qapıçılar: Dioqu Koşta ("Portu"), Xose Sa ("Vulverhempton", İngiltərə), Ruy Patrisiu ("Roma", İtaliya)
Müdafiəçilər: Dioqu Dalo ("Mançester Yunayted", İngiltərə), Joau Kanselu, Ruben Diaş (hamısı "Mançester Siti", İngiltərə), Danilo Pereyra, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Pepe ("Portu"), Antoniu Silva ("Benfika"), Rafael Gerreyro ("Borussiya" Dortmund, Almaniya)
Yarımmüdafiəçilər: Joau Palinya ("Fulhem", İngiltərə), Ruben Neveş, Mateus Nunyes (hər ikisi "Vulverhempton", İngiltərə), Bernardu Silva ("Mançester Siti", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Joao Mariu ("Benfika"), Otavio Monteyro ("Portu"), Vitinya (PSJ, Frabsa), Vilyam Karvalyu ("Betis", İspaniya)
Hücumçular: Andre Silva ("Leiptsiq", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted"), Qonsalu Ramos ("Benfika"), Joau Feliks ("Atletiko" Madrid, İspaniya), Rafael Leau ("Milan", İtaliya) və Rikardu Orta ("Braqa")
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.