DÇ-2022: Azərbaycan millisi səfərdə Lüksemburqa minimal hesabla uduzub

DÇ-2022: Azərbaycan millisi səfərdə Lüksemburqa minimal hesabla uduzub Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.
Futbol
1555
2 Sentyabr , 2021 00:37
DÇ-2022: Azərbaycan millisi səfərdə Lüksemburqa minimal hesabla uduzub
0 : 00
0 : 00

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsi Lüksemburq yığmasının aşkar üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirən meydan sahibləri ardıcıl hücumlarla Şahruddin Məhəmmədəliyevin qoruduğu qapı qarşısında təhükəli epizodlar yaradıblar. Belə vəziyyətlərdən birində Jerson Rodrigeşin başı üzərindən aşırma zərbəsini qolkiper zərərsizləşdirib. Bununla belə, lüksemburqlu futbolçular 8-ci dəqiqədə istəklərinə nail olublar. Mikael Pintonon cərimə meydançasının sol cinahından vurduğu top Məhəmmədəliyev üçün qarşısıalınmaz olub. Buraxılan qoldan sonra toparlanmağa çalışan Azərbaycan millisi 15-ci dəqiqədə Əli Qurbani ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, hücumçu topa çata bilməyib. Əvəzində Lüksemburq yığması 2-ci qolu vurub. 28-ci dəqiqədə Abbas Hüseynovun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Rodrigeş fərqi artırıb – 2:0. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci yarıda Mahir Emreli, Namik Ələskərov və Anton Krivotsyukun meydana daxil olmasından sonra millinin oyununda müsbətə doğru dəyişiklik baş verib. Bunun məntiqi nəticəsi kimi 67-ci dəqiqədə hesab arasındakı fərq azalıb. Emin Mahmudov cərimə zərbəsindən vurduğu mükəmməl qolla komandasını ümidləndirib. Lakin yığmanın gücü bundan artığına çatmayıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Lüksemburq seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

Bu qrupun digər matçında isə Portuqaliya evdə İrlandiya üzərində əzmkar qələbə qazanıb - 2:1. Meydan sahiblərinin heyətində hər iki qolu Kriştianu Ronaldu vurub.

00:10

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 67-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən mükəmməl zərbə ilə hesab arasındakı fərqi minimuma endirib - 1:2.

23:48

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra meydan sahibləri hesabda öndədirlər - 2:0.

23:30

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv fasiləyə məğlub yollanıb - 0:2.

23:12

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 28-ci dəqiqədə penaltidən fərqlənən meydan sahiblərinin hücumçusu Jerson Rodrigeş fərqi artırıb.

22:53

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyununda erkən qol vurulub.

“Report”un məlumatına görə, 8-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikael Pinto hesabı açıb.

22:45

Lüksemburq və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

"Report"un məlumatına görə, Lükemburq stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Son xəbərlər

Orphus sistemi