DÇ-2018: Norveç və Çexiya məğlub olub, Azərbaycan millisi qrupda 3-cü pilləyə yüksəlib

Futbol
  • 04 sentyabr, 2017
  • 20:48
DÇ-2018: Norveç və Çexiya məğlub olub, Azərbaycan millisi qrupda 3-cü pilləyə yüksəlib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, 9 qarşılaşma C, E və F qruplarına təsadüf edib.

C qrupunda Almaniya Norveçi 6:0 hesabı ilə yenərək, xallarını 8 oyundan 24-ə çatdırıb. Şimali İrlandiya isə Çexiyanı 2 cavabsız qolla yenib. Bu nəticələrdən sonra Azərbaycan millisi turu 10 xalla 3-cü pillədə başa vurub.

Digər qruplarda isə postsovet məkanı təmsilçilərindən Ermənistan evdə Danimarkaya, Qazaxıstan səfərdə Polşaya, Litva isə Sloveniyaya böyük hesabla uduzub.

Dünya çempionatı, seçmə mərhələ

4 sentyabr

VIII tur

20:00. Azərbaycan - San Marino - 5:1

Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71-öz qapısına. Rəşad Sadıqov, 81 - Mirko Palatsi, 74

22:45. Almaniya – Norveç - 6:0

Qollar: Məsut Özil, 10. Yulian Draksler, 17. Timo Verner, 21; 40. Leon Qoretska, 50. Mario Qomes, 79

22:45. Şimali İrlandiya - Çexiya - 2:0

Qollar: Conni Evans, 28. Kris Brant, 41

Xal durumu: Almaniya - 24, Şimali İrlandiya - 19, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0

E qrupu

20:00. Ermənistan – Danimarka - 1:4

Qollar: Ruslan Koryan, 6 - Tomas Delani, 17; 82; 90+3. Kristian Eriksen, 29

22:45. Monteneqro – Rumıniya - 1:0

Qol: Stevan Yovetiç, 75

22:45. Polşa – Qazaxıstan - 3:0

Qollar: Arkadiuş Milik, 11. Kamil Qlik, 74. Robert Levandovski, 86-penalti ilə

Xal durumu: Polşa - 19, Danimarka - 16, Monteneqro - 16, Rumıniya - 9, Ermənistan - 6, Qazaxıstan - 2

F qrupu

22:45. İngiltərə - Slovakiya - 2:1

Qollar: Erik Dayer, 37. Markus Reşford, 59 - Stanislav Lobotka, 3

22:45. Şotlandiya – Malta - 2:0

Qollar: Kristof Berra, 9. Li Qriffits, 49

22:45. Sloveniya – Litva - 4:0

Qollar: Yosip İliçiç, 25; 61 (hər ikisi penalti ilə). Benjamin Verbiç, 82. Valter Birsa, 90

Xal durumu: İngiltərə - 20, Slovakiya - 15, Sloveniya - 14, Şotlandiya - 14, Litva - 5, Malta - 0.