Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.
"Report"un məlumatına görə, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi qrup mərhələsini 4 xalla başa vurub. Komandaların topladığı xallar və digər göstəriciləri də bərabər olduğundan, oyunlarda ən az vərəqə alan Yaponiya yığması növbəti mərhələyə yüksəlib.
DÇ-2018, 28 iyun, III tur
H qrupu
18:00. Yaponiya - Polşa 0:1
Qol: Yan Bednarek, 59
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)
Volqoqrad, "Volqoqrad Arena"
18:00. Seneqal - Kolumbiya 0:1
Qol: Yerri Mina, 74
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)
Samara, "Samara Arena"