DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazanıb

Futbol
  • 21 iyun, 2018
  • 16:53
DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, Fransa millisi Peru ilə üz-üzə gəlib. 

"Yekaterinburq Arena"da keçirilən qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub. 

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur

C qrupu

19:00. Fransa - Peru 1:0 

Qol: Kilian Mbappe, 34

Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)

Yekaterinburq, "Yekaterinburq Arena"

Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar. 

Son xəbərlər

Bütün Xəbər Lenti