Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı ilə əlaqədar Rusiyaya gələcək ilk komanda müəyyənləşib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Vitali Mutko bildirib.
O, İran yığmasının digər komandalardan daha tez – iyunun 5-də ölkəyə təşrif buyuracağını söyləyib.
İranlılar Moskva ətrafında Bakovka mikrorayonunda məskunlaşacaqlar.
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İran millisi İspaniya, Portuqaliya və Mərakeş yığmaları ilə birgə B qrupunda yer alıb.