Cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib

Cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparır
Futbol
23 Noyabr , 2017 15:56
Cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib
Judo.az

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə kişi və qadınlar arasında Bakı çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) “Report”a verilən məlumata görə, iki gün davam edəcək paytaxt birinciliyində 24 klubdan 219 kişi və 23 qadın medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qadınların yarışında bütün çəki dərəcələrində (48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək.

Kişilərin mübarizəsində isə 60 kq və 66 kq çəki dərəcələrində mübarizə gedəcək. 

Qeyd edək ki, ilk yarış günündə ümumilikdə 121 cüdoçu (98 kişi və 23 qadın) tatami üzərinə çıxır. ACF, Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt çempionatına noyabrın 24-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi