Coy Lens Mikels: “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşmək xoşdur”

Coy Lens Mikels: “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşmək xoşdur” “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşmək mənim üçün çox xoşdur”.
Futbol
27 Yanvar , 2023 16:58
Coy Lens Mikels: “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşmək xoşdur”

“Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşmək mənim üçün çox xoşdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” ilə keçirilən oyunda fərqlənərək, “Sabah” tarixinin yüksək liqada 150-ci qolunun müəllifi olan almaniyalı futbolçu Coy Lens Mikels deyib.

Qarşılaşmanın 7-ci dəqiqəsində penaltidən hesabı açan 30 yaşlı hücumçu 2:0 hesablı qələbədən məmnunluq ifadə edib: “Qalib gəldiyimizə görə çox sevinirəm. Dünənki qələbə ilə bağlı deyiləcək çox söz yoxdur. Əlbəttə, fərqlənməyim, bunun klubun Premyer Liqadakı 150-ci qolu olması çox sevindiricidir. Amma əsas komandanın qələbəsi idi ki, bunu da bacardıq”.

Mikels onları qarşıda daha gərgin oyunlar gözlədiyini söyləyib: “Artıq “Neftçi” ilə görüşü unudub, növbəti matçlara köklənməliyik. Mövsüm bitməyib, bizi qarşıda hələ çox oyun gözləyir”.

Qeyd edək ki, “Sabah”ın cari mövsümdəki ən məhsuldar futbolçusu olan Coy Lens Mikelsin aktivində 10 qol var.

Son xəbərlər

Orphus sistemi