Con Van Loen: "Azərbaycan klublarının akademiyalarının daha yaxşı təşkil olunmasına ehtiyac var"
- 09 dekabr, 2025
- 15:03
Azərbaycanın futbol klublarında akademiyaların daha yaxşı təşkil edilməsinə və doğru insanların müvafiq vəzifələrdə olmasına ehtiyac var.
Bu barədə "Qarabağ" Futbol Akademiyasının sabiq koordinatoru Con Van Loen "Report"a müsahibəsində bildirib.
O, ölkə futbolunda aşağı yaş qruplarındakı komandalar barədə danışıb:
"Azərbaycan futbolunda nəyin düz getmədiyini bilmirəm. Bəlkə də klub akademiyalarının daha yaxşı təşkil olunmasına və doğru insanların doğru vəzifələrdə olmasına ehtiyac var. Gənclərlə iş həm taktiki, həm də fiziki baxımdan onları stimullaşdırmaqdan və motivasiya verməkdən keçir".
60 yaşlı mütəxəssis Azərbaycan futbolunu Gürcüstanla müqayisə edib:
"Gürcüstanda da demək olar yaxşı akademiyalar yoxdur. Sadəcə, düşünürəm ki, Gürcüstanda bir çox uşaqlar uğur qazanmaq üçün nizam-intizama hər şeyi qurban verməyə hazırdır. Bəlkə Azərbaycanda da belədir, sadəcə, düzgün şəkildə yönləndirilmirlər".
Con Van Loenin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.