Çingiz Hüseynzadə: "Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq"

Çingiz Hüseynzadə: "Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq" "Budəfəki yarışda COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq".
Futbol
18 Yanvar , 2022 18:53
Çingiz Hüseynzadə: Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq

"Pekin olimpiadasında COVID-19-la bağlı ən sərt qaydalar tətbiq olunacaq".

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, yarışın keçiriləcəyi Pekində plasterlər yaradılıb: "Bunlardan kənara çıxmaq qadağandır. İdmançì yalnız yaşadığı və yarışdığı yerdə ola bilər. Bu yerlər arasındakı məsafəni piyada getmək olmaz. Xüsusi nəqliyyat vasitələrindən istifadə olunmalıdır. Çin pandemiya ilə mübarizədə 2 ilin təcrübəsində nə qazanıbsa, bütün təhlükəsizlik qaydalarını tətbiq edəcək. Koronavirus baxımından ən sərt oyunlar olacaq. Bu yolla xəstəliyin qarşısının alınması planlaşdırılır. Çünki Tokio olimpiadasında bir neçə idmançı koronavirusa yoluxdu".

Onun sözlərinə görə, Azərbaycan idmançılarının Oyunlara hazırlığının əsas mərhələsi artıq başa çatıb: "Hər ikisi olimpiadaya hazırdır. Artıq səfərə hazırlaşırlar. Ümid edirəm ki, onlardan gözlənilən nəticələri göstərəcəklər. Çox gərgin yarışlar olacaq. Bilirsiniz ki, bizdə əsas məsələ Qış Olimpiya Oyunlarında təmsil olunmaqdır. Hələlik medallar uğrunda mübarizə apara bilmirik. Əlbəttə ki, gələcəkdə bu da olacaq. Pekin olimpiadasında təmsil olunmaq bizim üçün xüsusi əhəmiyyətlidir".

Ç.Hüseynzadə vurğulayıb ki, 44 günlük müharibədən sonra Azərbaycan daha çox idman növündə təmsil olunmalıdır: "İdmançılarımız ölkənin hər sahədə tanınmasına dəstək olmalıdır. Bu mənada Pekin olimpiadasının bizim üçün uğurlu yarış olacağına inanırıq".

MOK-un vitse-prezidenti qış oyunları ilə bağlı federasiyaların gücləndirilməsi istiqamətində işlər getdiyini söyləyib: "Bəzi növlər var ki, onları inkişaf etdirə bilərik. Bizim artıq bazalarımız var. Bunlar turistik bazalar olsa da, onları idman bazalarına çevirmək asandır. Körlinq, şort-trek kimi idman növlərində də müəyyən uğurlar qazanmaq olar. Gələn qış olimpiadasında daha çox idmançı ilə təmsil olunmağı planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi