Dünyanın ən yaxşı komandalarından biri olan Portuqaliya ilə matçda işimizi çox çətinləşdirdik. Hamımız məyus olduq.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Çexiya millisinin baş məşqçisi İvan Hasek Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu dəyərləndirərkən deyib.
Mütəxəssis ideal performans göstərmədiklərini söyləyib: "Etiraf etməliyəm ki, işimizi bitirməməyimiz çox təəssüf doğurur. Əlavə vaxtda qol buraxdıq. Bunu çox tez geridə qoymalıyıq. Dörd gün sonra əsas oyunumuzu keçirəcəyik. Bu, bizim üçün ideal bir performans deyildi".
Qeyd edək ki, Portuqaliya - Çexiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.