Cənubi koreyalı futbolçu milli komandadan qovulub

Futbol
  • 01 noyabr, 2018
  • 16:22
Cənubi koreyalı futbolçu milli komandadan qovulub

Bakı. 1 noyabr. REPORT.AZ/ Cənubi koreyalı futbolçu Çan Hon Su milli komandadan qovulub. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Futbol Federasiyası 27 yaşlı müdafiəçini hərbi xidmətlə bağlı sənədlərini saxtalaşdırdığına görə yığmadan birdəfəlik uzaqlaşdırılması haqqında qərar qəbul edib.

Eyni zamanda futbolçu 2000 avro məbləğində cərimələnib. 

Qeyd edək ki, Çan Hon Su Yaponiyanın “Tokio” futbol klubunda çıxış edır. Oyunçu saxta sənəd təqdim edərək hərbi xidmət əvəzinə 200 saatlıq ictimai işlərdə çalışıb. Qanuna əsasən, 2014-cü il Asiya Oyunlarının çempionu kimi Çan iki illik hərbi xidmət əvəzinə, dörd həftəlik hərbi hazırlıq keçməli və 500 saatlıq ictimai işlərdə çalışmalı idi.

O, indiyədək milli komandada 57 oyun keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti