Çempionlar Liqasının yeni formatı nə vaxt təsdiqlənəcək?

Çempionlar Liqasının yeni formatı nə vaxt təsdiqlənəcək? Yeni format 2024-cü ildən tətbiq ediləcək
Futbol
27 Mart , 2021 14:22
Çempionlar Liqasının yeni formatı nə vaxt təsdiqlənəcək?

UEFA Çempionlar Liqasının yeni formatının təsdiqlənəcəyi tarix müəyyənləşib.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi martın 31-də turnirdə bəzi islahatlar edildiyini açıqlayacaq.

Yeni format 2024-cü ildən tətbiq ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasındakı yeni formata əsasən, komanda sayı 32-dən 36-dək artırılacaq. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir. Əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi