Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib

Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib A, B, C və D qruplarının görüşləri keçirilib
Futbol
10 Dekabr , 2014 07:25
Çempionlar Liqasının qrup mərhələsində son turun  oyunları keçirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

"Report" xəbər verir ki, ötən axşam A, B, C və D qruplarının görüşləri baş tutub.

A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub.

Qeyd edək ki Madrid klubu artıq “pley-off”a vəsiqəni təmin etmişti. “Yuventus” isə 1/8 finala çıxmaq üçün ən azı “Atletiko”dan bir xal almalı idi. Heç-heçəyə imza atan “Atletiko” istəyinə nail oldu.

Qrupun digər oyununda ”Olimpiakos” “Malmö”-nü qəbul edib. Yunan komandası 4-2 hesablı qələbə qazansa da növbəti tura vəsiqə qazana bilməyib.

B qrupunda “Real” “Ludoqorets”i, “Liverpul” isə “Bazel”i qəbul edib.

“Real” artıq 1/8 finala vəsiqə qazanmışdı, “Liverpul” və “Bazel” isə görüşdə məsələyə aydınlıq gətirib.

Nəticədə “Real”ın ardınca növbəti mərhələyə “Bazel” yüksəlib. İsveçrə təmsilçisi səfərdə “Liverpul”la bərabərə qalıb – 1:1.

C qrupunda “Zenit” “Monako”nun, “Benfika” isə “Bayer”in qonağı olub.

Fransa klubu “Zenit”i 2:0 hesabı ilə məğlub etməklə, adını 1/8 finala yazdırıb. “Bayer” isə səfərdə “Benfika” ilə görüşdə xal itirib (0-0) və beləliklə qrupta liderliyi "Monako"-ya təhvil verib.

Maraqla gözlənilən oyunlardan biri də D qrupunda İstanbulda baş tutub. Burada “Qalatasaray” “Arsenal”ı qəbul edib. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan “Cim-Bom” görüşdə təsəlli qələbəsini qazanmağa çalışıb. Ancaq nəticə “Qalatasaray” tərəftarlarını sevindirməyib. “Cim-Bom” sahədən 4-1 hesablı məğlubiyyətlə ayrılmalı olub.

Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edib. Komandalar 1-1 hesablı bərabərliklə razılaşmalı olublar.

Son xəbərlər

Orphus sistemi