Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib
Futbol
- 05 mart, 2024
- 21:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib.
“Report”un məlumatına görə, 1/8 final mərhələsi çərçivəsində keçirilən iki cavab görüşündən sonra buna aydınlıq gəlib.
İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini Almaniyada çıxıb. Münhen təmsilçisi Harri Keyn (38 və 66-cı dəqiqə) və Tomas Müllerin (45+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.
Digər cütlükdə PSJ Fransada olduğu (2:0) kimi, İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1. Parislilərin heyətində 15 və 56-cı dəqiqələrdə Kilian Mbappe fərqlənib. Meydan sahiblərində isə Mikel Merino 89-cu dəqiqədə təsəlli qolunun müəllifi olub.
Beləliklə, “Bavariya” və PSJ Çempionlar Liqasında 1/4 finala adlayıblar.
Son xəbərlər
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region