Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Futbol
17 May , 2023 00:52
Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də əzəli rəqibini məğlub edib - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

Simone İnzaginin baş məşqçi olduğu kollektiv bu nəticə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may

23:00. "İnter" (İtaliya) - "Milan" (İtaliya) - 1:0
Qol:
Lautaro Martines, 74
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Bu komandaların Madriddə keçirilmiş ilk duelində heç-heçə qeydə alınıb - 1:1.

Son xəbərlər

Orphus sistemi