Çempionlar Liqası: Son püşk atıldı - YENİLƏNİB

Çempionlar Liqası: Son püşk atıldı - YENİLƏNİB Püşkü Hamit Altıntop çəkib
Futbol
19 Mart , 2021 15:15
Çempionlar Liqası: Son püşk atıldı - YENİLƏNİB

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 finalın cütləri bəlli olub.

Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.

Nəticədə ötən mövsümün qalibi Almaniya "Bavariya"sına finalçı Fransa PSJ-si rəqib olub.

Püşkatmanın nəticələri:

1/4 final

"Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

"Bavariya" (Almaniya) - PSJ (Fransa)

"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)

Yarımfinal

1. "Bavariya" (Almaniya) / PSJ (Fransa) cütünün qalibi - "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

2. "Real Madrid" (İspaniya) / "Liverpul" (İngiltərə) cütünün qalibi - "Portu" (Portuqaliya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi