Çempionlar Liqası: "Qarabağ"ın Bakıdakı oyununa ukraynalı hakim təyinat alıb
Futbol
- 09 iyul, 2024
- 05:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyununa təyinatlar açıqlanıb.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.
Son xəbərlər
12:38
Azərbaycandakı bankların Mərkəzi Bank qarşısında öhdəliyinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:38
Ali Məhkəmədə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qərar layihəsi müzakirə olunub
Digər
12:37
Yeganə Abbasova: Azərbaycan vətəndaşlarının sümük iliyi transplantasiyası üçün xaricə getməyinə ehtiyac qalmayacaq
Sağlamlıq
12:34
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya
12:31
Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Sənaye
12:25
Foto
AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Futbol
12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:19
Əhliman Əmiraslanov: Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib
Sağlamlıq
12:17
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Hərbi