Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib
Futbol
- 03 noyabr, 2022
- 14:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Milan"ının hücumçusu Olivye Jiru layiq görülüb.
36 yaşlı fransalı forvard səsvermədə İspaniya "Real Madrid"indən Federiko Valverde, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və İspaniya "Barselona"sından Ferran Torresi qabaqlayıb.
Qeyd edək ki, Olivye Jiru evdə Avstriya "Zaltsburq"una 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
11:14
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Xarici siyasət11:08
İlham Əliyev İspaniya Kralını təbrik edib
Xarici siyasət11:04
AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir"
Futbol11:03
DYP məcburi dayanma zamanı sürücülərə təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib
Daxili siyasət10:59
Foto
AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub
Futbol10:53
Foto
İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Xarici siyasət10:45
Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb
Region10:39
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
İnfrastruktur10:35