Çempionlar Liqası: "Beşiktaş" uduzub, "Şaxtyor" və "İnter" ilk xalını qazanıb

Çempionlar Liqası: "Beşiktaş" uduzub, "Şaxtyor" və "İnter" ilk xalını qazanıb UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
Futbol
28 Sentyabr , 2021 22:37
Çempionlar Liqası: Beşiktaş uduzub, Şaxtyor və İnter ilk xalını qazanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"la üz-üzə gəlib. Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar. 73-cü dəqiqədə qonaqların heyətində meydana çıxan Azərbaycanın U-19 millisinin üzvü Berkay Vardar qitənin bir nömrəli klub turnirində debüt edib. O, Umut Meraşı əvəzləyib. Bu qrupun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.

D qrupunda isə Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. Bu qrupun digər oyununda ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq.

Çempionlar Liqası

II tur

C qrupu

20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0

Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43

Xal durumu: "Ayaks" - 6 (2 oyun), "Borussiya" - 3, "Beşiktaş" - 0 (2), "Sportinq" - 0

D qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya) - 0:0

Xal durumu: "Şerif" - 3, "Real Madrid" - 3, "İnter" - 1 (2 oyun), "Şaxtyor" - 1 (2).

Son xəbərlər

Orphus sistemi