"Çelsi" klubu Joau Feliksin transferi ilə bağlı razılığa gəlib

"Çelsi" klubu Joau Feliksin transferi ilə bağlı razılığa gəlib İngiltərənin "Çelsi" klubu hücumçu Joao Feliksin transferi üçün İspaniya təmsilçisi "Atletiko" ilə razılığa gəlib.
Futbol
20 Avqust , 2024 10:10
Çelsi klubu Joau Feliksin transferi ilə bağlı razılığa gəlib

İngiltərənin "Çelsi" klubu hücumçu Joau Feliksin transferi üçün İspaniya təmsilçisi "Atletiko" ilə razılığa gəlib.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, "zadəganlar" futbolçu ilə 6 illik müqavilə bağlayacaq.

Bundan əlavə, müqaviləyə müddətin daha bir il uzadılması şərti də əlavə olunub.

Qeyd edək ki, J.Feliks ötən mövsüm "Barselona"da icarə əsasında meydana çıxdığı 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi