"Çelsi" klublararası dünya çempionatının ilk finalçısı olub
Futbol
- 09 iyul, 2025
- 04:15
İngiltərənin "Çelsi" klubu Braziliyanın "Fluminense" klubunu 2:0 hesabı ilə məğlub edərək, FIFA klublararası dünya çempionatının finalının ilk iştirakçısı olub.
"Report" xəbər verir ki, yarımfinal matçında braziliyalı hücumçu Joao Pedro iki qola imza atıb.
O, 18 və 56-cı dəqiqələrdə rəqib qapısına zərbə endirib. 36-cı dəqiqədə görüşün baş hakimi Fransua Leteksier "Çelsi"nin müdafiəçisi Trevoh Çalobanın əlinə dəydiyi topa görə penalti təyin etsə də, sonradan köməkçi hakimin müdaxiləsindən sonra qərarını dəyişib.
"Çelsi" finalda "Real" - PSJ matçının qalibi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 9-da baş tutacaq.
Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir. Turnirdə 32 komanda iştirak edir. Final iyulun 13-nə təyin edilib.
Son xəbərlər
17:05
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
İnfrastruktur17:04
Prezident: Antiterror əməliyyatında Xocalıya ədalət təmin edildi
Daxili siyasət17:04
İlham Əliyev: Hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın
Daxili siyasət17:04
Prezident: Bir daha deyirik ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin
Daxili siyasət17:03
İlham Əliyev: Bizim iradəmizə qarşı çıxanın başı əziləcək
Daxili siyasət17:03
Azərbaycan Prezidenti: Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın
Daxili siyasət17:02
İlham Əliyev: Xocalı Soyqırımı Memorial Kompleksi silinməz yaddaşımızın təcəssümü olacaq
Daxili siyasət17:00
İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
Daxili siyasət17:00