Çeferin üç nəhəng klubun avrokuboklardan kənarlaşdırılmasını təklif edəcək

Çeferin üç nəhəng klubun avrokuboklardan kənarlaşdırılmasını təklif edəcək Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldığını açıqlayıb
Futbol
118
8 May , 2021 10:03
Çeferin üç nəhəng klubun avrokuboklardan kənarlaşdırılmasını təklif edəcək
Aleksander Çeferin

Çempionlar Liqasının final oyunundan sonra UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasından rəsmən imtina etməyən klubları cəzalandırmağı təklif edəcək.

"Report" "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, sloveniyalı funksioner İspaniyanın "Real Madrid" və "Barselona", eləcə də İtaliyanın "Yuventus" klublarının iki il müddətinə avrokuboklardan kənarlaşdırılmasını istəyir.

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub.

Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldıqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi