Cavid Hüseynov: "Biz də "Neftçi" kimi meydana qələbə üçün çıxacağıq"

Cavid Hüseynov: "Biz də "Neftçi" kimi meydana qələbə üçün çıxacağıq" "Samir Abasovun gəlişindən sonra "Neftçi"də inkişaf hiss olunur"
Futbol
129
20 Fevral , 2021 13:23
Cavid Hüseynov: Biz də Neftçi kimi meydana qələbə üçün çıxacağıq

"Hər zaman bu rəqiblə oyunlarımız çətin və maraqlı alınıb. Ona görə də qarşıdakı matça çox ciddi hazırlaşırdıq".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın XV turunda "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi daha əvvəl "Qəbələ"də işləyən "Keşlə"nin yeni baş məşqçi Sənan Qurbanov haqqında da danışıb: "Bilirdik ki, baş məşqçi dəyişikliyindən sonra bizimlə oyuna daha motivasiyalı çıxacaqlar. Qurbanovun daha əvvəl bizim komandada işləməsinin təsiri olmadı. Əsas məsələ qələbə qazanmaq idi. Onu da gerçəkləşdirə bildik".

Hüseynov XVI turda "Nefçi" ilə bugünkü görüşün də çətin keçəcəyini sözlərinə əlavə edib: "Samir Abasovun gəlişindən sonra "Neftçi"də inkişaf hiss olunur. Əvvəlki turda "Qarabağ"ı məğlub ediblər. İtkilərinin olmasına baxmayaraq, onlarla qarşılaşma ağır olacaq. Biz də rəqib kimi qələbə üçün meydanda olacağıq. Nəticəni isə sonda görəcəyik".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi