Burak Yılmaz peşəkar karyerasını başa vurub

Burak Yılmaz peşəkar karyerasını başa vurub Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.
Futbol
5 İyun , 2023 17:38
Burak Yılmaz peşəkar karyerasını başa vurub

Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, 38 yaşlı hücumçu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.

"Bildiyiniz kimi, dünən axşam dünyanın ən böyük oyunçularından biri Zlatan İbrahimoviç stadionda ağlayaraq və əl yelləyərək futbolla vidalaşdı. Mən də elə getmək istədim, amma alınmadı. Qərarı internet vasitəsilə açıqlamaq isə ürəyimə yatmadı. Bu gün karyeramı bitirdiyimi bildirmək istəyirəm", - veteran forvard bildirib.

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində ölkəsinin "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor", Çinin "Beytsin Qoan", Fransanın "Lill" və Niderlandın "Fortuna Sittard" klublarında çıxış edib. Türkiyə yığmasında 77 oyun keçirən keçmiş futbolçu 31 qol vurub.

Son xəbərlər

Orphus sistemi