Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, Monakoda atılacaq püşk nəticəsində 32 klub 8 qrupa bölünəcək. Ötən mövsümlə müqayisədə, bu dəfə Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirinin qruplarında heç bir komanda təmsil etməyəcək. Türkiyənin yeganə təmsilçisi isə "Qalatasaray" olacaq. "Sarı-qırmızılar" çempion kimi birbaşa qrupda yer alıblar.
Postsovet məkanından qrupda yalnız 2 ölkə təmsil olunacaq: Rusiyanın 2, Ukraynanın 1 klubu çıxış edəcək. Lakin UEFA-nın qərarına əsasən, bu ölkələrin komandaları eyni qrupda yer almayacaqlar.
32 klub Bakı vaxtı ilə saat 20:00-da başlanacaq püşkatma önsəsi 4 səbətə belə bölünüb:
1-ci səbət
"Real Madrid" (İspaniya) - Çempionlar Liqasının son qalibi;
"Atletiko" (İspaniya) - Avropa Liqasının son qalibi;
"Barselona" (İspaniya)
"Bavariya" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Lokomotiv" (Moskva, Rusiya)
2-ci səbət
"Borussiya Dortmund" (Almaniya)
"Portu" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Şaxtyor" (Ukrayna)
"Benfika" (Portuqaliya)
"Napoli" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Roma" (İtaliya)
3-cü səbət
"Liverpul" (İngiltərə)
"Şalke" (Almaniya)
"Lion" (Fransa)
"Monako" (Fransa)
"Ayaks" (Hollandiya)
MOİK (Moskva, Rusiya)
PSV (Hollandiya)
"Valensiya" (İspaniya)
4-cü səbət
"Viktoriya" (Plzen, Çexiya)
"Brügge" (Belçika)
"Qalatasaray" (Türkiyə)
"Yanq Boyz" (İsveçrə)
"İnter" (İtaliya)
"Hoffenhaym" (Almaniya)
"Srvena Zvezda" (Serbiya)
AEK (Yunanıstan)
Qeyd edək ki, mərasim zamanı UEFA 2017-2018 mövsümünün ən yaxşı kişi və qadın futbolçusunu, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunu da açıqlayacaq.