Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır

Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır Britaniyalı biznesmen İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərini almağa hazırlaşır.
Futbol
27 Yanvar , 2023 18:05
Britaniyalı milyarder Mançester Yunayted klubunu alır

Britaniyalı iş adamı Cim Retkliff İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərini almağa hazırlaşır.

“Report” “Tuttomercatoweb”ə istinadən xəbər verir ki, milyarder "qırmızı şeytanlar”ın rəhbərliyi ilə danışıqlara başlayıb.

O, klubun səhmləri üçün 4 milyard funt sterlinq təklif edib. Tərəflərin bu məbləğdə anlaşacağı və Retkliffin “Mançester Yunayted”in yeni sahibi olacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Yunayted”ə 2005-ci ildən amerikalı iş adamı Malkolm Qleyzer rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi