Braziliya millisi Amerika Kubokundan əvvəl heç-heçə edib

Futbol
  • 13 iyun, 2024
  • 05:09
Braziliya millisi Amerika Kubokundan əvvəl heç-heçə edib

ABŞ və Braziliyanın futbol milliləri yoldaşlıq oyununda üz-üzə gəliblər.

"Report" xəbər verir ki, qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

17-ci dəqiqədə braziliyalı Rodriqo hesabı açıb. 26-cı dəqiqədə Kristian Pulişiç tarazlığı bərpa edib.

Qeyd edək ki, hər iki yığma 20 iyun - 14 iyul aralığında keçiriləcək Amerika Kubokunda mübarizə aparacaq.

44 filmi