"Qarabağ"ın qapısına vurduğum qola kuryoz deməzdim".
Bunu "Report"a müsahibəsində "Sabah"ın futbolçusu Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ"a vurduğu qol barədə danışarkən deyib.
31 yaşlı müdafiəçi standart vəziyyətləri məşqlərdə işlədiklərini bildirib: "Yəni, qol təsadüfi alınmadı. Mənim yerimdə komanda yoldaşlarımdan kimsə ola bilərdi. O da eyni hərəkəti etməli idi. Çünki bizə tapşırılan budur. Sadəcə, həmin epizodda başla zərbə endirməyə çatdırmadığım üçün topa çiynimlə toxundum. Şükürlər olsun ki, alındı. Əsas olan komandanın xal qazanması idi".
Bəxtiyar Həsənalızadənin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.