"Beşiktaş"ın futbolçusu Rusiya klubuna keçməyə razılıq verib
Futbol
- 15 fevral, 2025
- 09:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro təklif edib.
"Spartak" 26 yaşlı yarımmüdafiəçinin keçidi üçün 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb. Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Superkubokunu qazanıb.
"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.
Son xəbərlər
08:09
ABŞ-də helikopterlər toqquşub, ölənlər var
Digər ölkələr
07:44
Argentinada Bolsonarunun Braziliyadan getməsi ilə bağlı araşdırmaya başlanıb
Digər ölkələr
07:09
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
Daxili siyasət
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Foto
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol