“Beşiktaş”ın baş məşqçisinə Türkiyə yığmasına rəhbərik etmək təklif olunub

“Beşiktaş”ın baş məşqçisinə Türkiyə yığmasına rəhbərik etmək təklif olunub Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb
Futbol
31 İyul , 2017 16:56
“Beşiktaş”ın baş məşqçisinə Türkiyə yığmasına rəhbərik etmək təklif olunub

Bakı. 31 iyul. REPORT.AZ/ “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub. 

“Report”un “Hürriyet”ə istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb.

Federasiya rəhbərinin Ş.Günəşə “Beşiktaş”dakı işini davam etdirmək şərti ilə Türkiyə millisini 2018-ci il dünya çempionatının son 4 oyununa çıxarmağı təklif etdiyi bildirilir.

Qeyd edək ki, Ş.Günəş 2000-2004-cü illərdə Türkiyə yığmasının baş məşqçisi olub və “ay-ulduzlular” onun rəhbərliyi altında 2002-ci il dünya çempionatında bürünc medal əldə edib. 2015-ci ildən “Beşiktaş”da çalışan təcrübəli mütəxəssis son iki mövsümdə Türkiyə Superliqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi