Belarus yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşündə yenilik edəcək

Futbol
  • 20 mart, 2018
  • 05:50
Belarus yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşündə yenilik edəcək

Bakı. 20 mart. REPORT.AZ/ "Azərbaycan və Sloveniya ilə oyunlarda müəyyən taktiki dəyişikliklər edəcəyik".

"Report" xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yoldaşlıq görüşü ilə əlaqədar Bakıya səfər öncəsi yerli telekanala açıqlamasında deyib. 

54 yaşlı mütəxəssis bildirib ki, əsas yenilik bu olacaq.

Kriuşenko çatışmazlıqlardan da bəhs edib: "Təəssüf ki, yenə istədiyimiz oyunçuların hamısını toplaya bilmədik. Bu, zədəlilərin olması ilə əlaqədardır".

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti