"Bayer 04" almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb

Futbol
  • 16 avqust, 2024
  • 10:19
Bayer 04 almaniyalı futbolçu ilə yeni müqavilə bağlayıb

Almaniyanın "Bayer 04" klubu futbolçusu Robert Andrixlə yeni müqavilə bağlayıb.

"Report" Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Futbolçu ilə əvvəlki sözləşmənin müddəti 2026-cı ilə qədər idi.

Qeyd edək ki, R.Andrix 2021-ci ildən "Bayer 04" klubunun formasını geyinir. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Leverkuzen klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.