Tomas Müller "Bavariya"da tarixi nailiyyətə imza atıb
Futbol
- 29 oktyabr, 2023
- 08:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya klubunun tarixinə düşüb.
"Report" xəbər verir ki, 34 yaşlı hücumçu Münhen təmsilçisinin heyətində 15 mövsüm Bundesliqada qol vuran ilk oyunçu olub.
Təcrübəli forvard "Darmştadt"a 8:0 hesabı ilə qalib gəldikləri IX turun matçında fərqlənib.
O, Bundesliqada 14 mövsümdə qol vurmuş Gerd Müller, Klaus Augentaler və Mehmet Şollu geridə qoyub.
Qeyd edək ki, cari mövsümdə ilk dəfə fərqlənən Tomas Müller daha əvvəl beş məhsuldar ötürmə edib.
Son xəbərlər
07:19
Ohayo ştatında avtobusların toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var
Maliyyə
07:00
EBRD Azərbaycanda gənc sahibkarların kreditə olan potensial tələbatını 1,5 milyard dollar dəyərində qiymətləndirib
Maliyyə
06:29
Almaniyada "Yaşıllar" Partiyasının ofisinə hücum olub, üç nəfər yaralanıb
Digər ölkələr
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr