"Bavariya"nın futbolçusu 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq
Futbol
- 11 dekabr, 2023
- 05:45
Almaniyanın "Bavariya" klubunun futbolçusu Serj Qnabri 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin "Ayntraxt"a 1:5 hesabı ilə uduzduqları Bundesliqa matçında zədələnməsi səbəb olub.
66-cı dəqiqədə oyuna qoşulan futbolçu iki dəqiqə sonra rəqiblə toqquşduqdan sonra meydanı tərk edib.
Bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.
Qeyd edək ki, Serj Qnabri cari mövsüm Bundesliqada 5 matçda iştirak edib.
Son xəbərlər
16:44
Moskvaətrafı Putilkovo qəsəbəsində bankda partlayış olub
Digər ölkələr16:37
XİN: Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün zəruri planlaşdırma işləri aparılır
Daxili siyasət16:37
ATƏT PA-nın nümayəndə heyəti Gürcüstana səfər edəcək
Region16:29
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Xarici siyasət16:18
Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb
Region16:09
Bakının mənzil bazarında 2 ayın mənzərəsi: qiymətlər sabit tempdə artır - ARAŞDIRMA
Biznes16:03
Foto
Pakistanın daha 4 vətəndaşı, o cümlədən 1 diplomat Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3
Xarici siyasət15:59
Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq
Xarici siyasət15:46