"Bavariya" 16 yaşlı futbolçunu transfer edib

"Bavariya" 16 yaşlı futbolçunu transfer edib Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.
Futbol
194
10 Sentyabr , 2021 13:44
Bavariya 16 yaşlı futbolçunu transfer edib
Lovro Zvonarek

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Xorvatiyanın "Slaven Belupo" klubunun futbolçusu Lovro Zvonareki heyətinə qatıb.

16 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Zvonarek 2022-ci il iyulun 1-də "Bavariya"ya qoşulacaq.

Qeyd edək ki, Lovro Zvonarek "Slaven Belupo"nun yetirməsidir. O, əsas komandada 7 oyuna çıxıb və 1 qol vurub. Almaniya klubunun bu keçid üçün qarşı tərəfə 1,8 milyon avro ödədiyi iddia edilir.

Son xəbərlər

Orphus sistemi