"Barselona" XXI əsrdə ən yaxşı göstəricisini təkrarlayıb
Futbol
- 10 aprel, 2025
- 11:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubu XXI əsrdə UEFA Çempionlar Liqasında vurulan qollara görə ən yaxşı göstəricisini təkrarlayıb.
"Report"un məlumatına görə, Kataloniya təmsilçisi buna turnirin 1/4 final mərhələsinin ilk oyununda Almaniyanın "Borussiya" (Dortmund) kollektivini 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv cari mövsüm qitənin bir nömrəli klub turnirində qollarının sayını 36-ya çatdırıb.
Komanda son olaraq 2008/2009 mövsümündə, Xosep Qvardiolanın baş məşqçi olduğu dönəmdə 36 qola imza atıb.
"Barselona"nın mütləq rekordu isə XX-XXI əsrlərin qovşağında, 1999/2000 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda Lui Van Qalın rəhbərliyi altında 45 qol vurub.
Son xəbərlər
11:59
Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib
Xarici siyasət
11:54
Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
Maliyyə
11:48
Ermənistanda iki müxalifətçi Antikorrupsiya Komitəsinə aparılıb
Region
11:45
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
Analitika
11:39
Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Digər ölkələr
11:31
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Hadisə
11:12
"Barselona", "Bavariya" və "Çelsi" Luka Vuşkoviçlə maraqlanır
Futbol
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr