“Barselona” öz meydanında “Leqanes”ə uduzub
Futbol
- 15 dekabr, 2024
- 22:20
“Barselona” futbol üzrə İspaniya çempionatının 17-ci turu çərçivəsində öz meydanında “Leqanes”ə minimal hesabla uduzub.
“Report” xəbər verir ki, görüş Barselonadakı Olimpiya Stadionunda baş tutub.
Oyunda yeganə qolun müəllifi Serxio Qonsales olub. O, oyunun dördüncü dəqiqəsində “Leqanes”i önə çıxarıb.
“Barselona”nın hesabı dəyişmək cəhdləri uğursuz olub və klub öz meydanından məğlub ayrılıb.
İspaniya çempionatının turnir cədvəlinə 38 xalla “Barselona” başçılıq edir, eyni rəqəmlə əlavə göstəricilərə görə ikinci yerdə “Atletiko”, “Real Madrid” isə 37 xalla üçüncüdür.
Növbəti turda “Barselona” dekabrın 21-də “Atletiko Madrid”i qəbul edəcək.
Son xəbərlər
04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Hadisə03:08
DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır
Region02:44
İrlandiya kütləvi etirazlar fonunda yanacaq vergilərini azaldır
Digər ölkələr02:15
Əraqçi: Müharibəyə son qoymaq üçün ABŞ ilə xoşməramlı dialoq aparılıb
Region01:45