"Barselona"nın müdafiəçisinə 12 oyunluq cəza verilə bilər

"Barselona"nın müdafiəçisinə 12 oyunluq cəza verilə bilər İspaniya Futbol Federasiyası (RFEF) "Barselona"nın futbolçusu Jerar Pikeni cəzalandıra bilər
Futbol
5 Fevral , 2021 17:43
Barselonanın müdafiəçisinə 12 oyunluq cəza verilə bilər
Jerar Pike

İspaniya Futbol Federasiyası (RFEF) "Barselona"nın futbolçusu Jerar Pikeni cəzalandıra bilər.

"Report" "sport.es" saytına istinadən xəbər verir ki, qurum ispaniyalı müdafiəçinin hakimlərlə bağlı səsləndirdiyi fikiləri araşdırır.

34 yaşlı oyunçu yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə referilərin 85 faizi "Real Madrid"ə rəğbət bəsləyir: "Onlar digər komandaların lehinə daha çox qərar verə bilmirlər. Bununla belə, hakimlərin peşəkarlığına hörmət edir, lazım olanda əllərindən gələni etməyə çalışdıqlarını bilirəm".

RFEF-in intizam qaydalarına əsasən, referilərlə bağlı bu cür ifadələr işlədənləri minimum 4, maksimum 12 oyunluq diskvalifikasiya gözləyir. Həmçinin qaydalarda 600 avrodan 3000 avroyadək cərimə də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi