İspaniyanın "Barselona" klubu futbolçusu Martin Breytueytlə yollarını ayırıb.
"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Danimarkalı forvardın sözləşməsi 2024-cü ildə başa çatmalı idi. Breytueytin "Espanyol"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Martin Breytueyt 2020-ci ildən "Barselona"da çıxış edib.